14 İyul, 2014
ANS-in əməkdaşı yol qəzasında öldü

İyulun 13-də saat 13 radələrində Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Bakı şəhər sakini İsmət Feyzullayev idarə etdiyi “MAZ” markalı avtomobili aşırıb.

Simsar.az Daxili İşlәr Nazirliyinin saytına istinadәn xәbәr verir ki, İ.Feyzullayev və sərnişini, oğlu Arif xəstəxanaya yerləşdirilib. Hәkimlәr İsmәt Feyzullayevin hәyatını xilas elәyә bilmәyiblәr vә o, xәstәxanada dünyasını dәyişib.

Musavat.com-un әldә etdiyi mәlumata görә, İsmәt Feyzullayev ANS-in әmәkdaşıdır. O, sürücü vәzifәsindә çalışırdı.

MAZ markalı avtomobilin ANS Şirkәtlәr Qrupuna, yoxsa dünyasını dәyişәn sürücüyә mәxsus olması ilә bağlı mәlumat yoxdur.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!