14 İyul, 2014
ABŞ ordusuna “Qatır”lar kömək edəcək – FOTO

Boston Dynamics tərəfindən ABŞ ordusu üçün istehsal edilən robot ilk dəfə sınaqdan keçirilib

Elm dünyası, robotlardan döyüş meydanında istifadə etməkdə israr edirlər. Bu gün dünyada hərbi məqsədlə istifadə edilən bir çox robot var. Onlardan biri də ABŞ-lı mütəxəssislərin “Qatır” adı verdiyi robotdur. Bu robot 180 kq yük daşıya bilir.

“Qatır”, Havaydakı tətbiqatda test edilib. Bir əsgər ayağına bağladığı sensorla bu robotu hərəkət etdirib.

“Qatır” robotun məqsədi döyüş bölgəsində əsgərlərin yükünü yüngülləşdirməkdir. Robot 180 kq yük daşıya bilir. Eyni zamanda o, bir dəfəyə 32 km yol gedə bilir.

Ayaq zərbələrində belə yıxılmadan yeriyə bilən “Qatır”, bundan sonra ABŞ ordusunun əməliyyatlarında iştirak edəcək.

Vüsal Qarayev



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!