14 İyul, 2014
Dünyanın ən hündür heykəli Hindistanda olacaq

Dünyanın ən hündür heykəli Hindistanda ölkə uğrunda azadlıq mübrizəsi aparan lider, ilk Daxili işlər Naziri Sərdar Vallabhai Patelin şərəfinə ucalıdılacaq.

Simsar.az xəbər verir ki, 182 metr uzunluğa malik olacağı bildirilən heykəlin tikilməsi üçün Qucarat əyalətinin büdcəsindən düz 338 milyon dolların ayrılması planlaşdırılır. Heykəlin əyalətdəki Narmada Çayının ortasında yerləşən adada tikiləcəyi açıqlanarkən heykəlin inşa olunması üçün xalqdan pay torpaqlar alınacağı da öyrənilib. Poladdan və bürüncdən hazırlanacaq heykəlin yüksəkliyi 93 metrlik Azadlıq heykəlindən hündür olacaq. Hindistan azad olduqdan sonra ölkə birliyini quran Qucarat lideri Vallabhai Patel 1875-1950-ci illərdə yaşayıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!