29 Mart, 2011
Abramoviç Duma spikeri seçildi

Rusiyalı milyarder Roman Abramoviç yenidən Çukotka muxtar dairəsinin Dumasının spikeri postuna seçilib

Simsar.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, onun namizədliyi Dumanın yeni çağırışının ilk iclasında yekdilliklə qəbul olunub.

Xatırladaq ki, Roman Abramoviç Çukotka Dumasının spikeri postunu 2008-ci ildə tutub. Buna qədər isə o, Çukotka qubernatoru olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!