29 Mart, 2011
Avro baş naziri istefaya göndərdi

Portuqaliyanın baş naziri istefa verib

Simsar.az TRT-yə istinadən bildirir ki, Portuqaliyada avro böhranı baş nazirin istefası ilə nəticələnib. İqtidarda olan sosialistlərin təqdim etdiyi qənaət paketi parlamentdə qəbul edilmədiyi üçün baş nazir Xose Sokrates istefa verib.

Daha öncə planı qəbul edilməzsə istefa verəcəyini açıqlayan baş nazir səsvermədən bir neçə saat sonra ərizəsini yazıb.

Bu qərardan sonra 2009-cu ildən bəri fəaliyyətdə olan azlıq hökumətinin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

Qeyd edək ki, hökumət ölkədəki vəziyyətdən çıxış üçün 1500 avronun üzərində olan pensiyaların 5-10 faiz azaldılması, bələdiyyələrin büdcələrinin məhdudlaşdırılması kimi tədbirlərlə büdcə kəsirini azaltmağı təklif etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!