13 İyul, 2014
Donetskdə körpü partladıldı

Donetsk vilayətində Xarçısk yaşayış məntəqəsinin yaxınlığında daha bir körpü partladılıb.

Simsar.az-ın məlumatına görə, bu haqda informasiyanı Ukraynanın "İnter" telekanalının jurnalisti Roman Boçkala yayıb.

Onun sözlərinə görə, körpü separatçılar tərəfindən bazar günü partladılıb.

Jurnalist Roman Boçkala hesab edir ki, separatçılar körpüləri partlatmaqla Şaxtyorsk şəhərinə Ukrayna ordusunun girişini əngəlləmək istəyir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!