12 İyul, 2014
Luqanska böyük rus hücumu

Çox sayda zirehli texnikaya malik silahlı dəstələr Ukrayna sərhədini keçərək Luqansk vilayətinə daxil olublar.


Simsar.az-ın məlumatına görə, bu barədə “Pravoye delo” ictimai təşkilatının sədri Dmitri Sneqirev bildirib.

“İndicə Velikiy Suxodol kəndi (Krasnodon rayonu - red.) ərazisindən ağır texnika dəstəsi keçdi. İrəlidə üzərində Rusiya bayrağı olan yeni modifikasiyalı Rusiya tankaları gedir. Üstü çadırlı yük maşınlarında canlı qüvvə getdiyi görünür. Yaraqlılar Sverdlovsk yoluna tərəf döndülər. Yəqin ki, İzvarinoya və Çervonopartizanska əks hücum planlaşdırırlar”, - deyə Sneqirev vurğulayıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!