12 İyul, 2014
Azərbaycanlı Odessaya prokuror təyin olundu

Ukraynanın baş prokuroru Odessa şəhərinə yeni prokurorun təyin olunması haqqında əmr imzalayıb.

Simsar.az Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu vəzifəyə Odessanın Primorsk rayon prokurorunun müavini, milliyyətcə azərbaycanlı olan Gündüz Aydın oğlu Məmmədov təyin olunub.

Ukrayna Azərbaycanlı Gənclər İttifaqından APA-ya verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!