12 İyul, 2014
Cəbhədə erməni zabiti öldürüldü

Simsar.az xəbər verir ki, bu məlumatı “Novosti Armenii” agentliyinə açıqlamasında Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan verib.

Artsryun Ovannisyanın sözlərinə görə, bu gün Yexeqnadzor şəhərində keçirilən hərbi paradda müdafiə naziri Seyran Ohanyan deyib ki, erməni zabiti azərbaycanlı hərbçilər tərəfindən öldürülüb. Nazir bundan başqa atışma zamanı bir azərbaycanlı kəşfiyyatçının öldürüldüyünü və Ermənistan tərəfdən isə daha bir nəfərin yaralandığını deyib. Bildirib ki, yaralı İrəvandakı hospitala aparılıb. Lakin ölən və yaralanan ermənilərin adları açıqlanmayıb.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri atışmanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyərək bildirib ki, bu haqda sonra daha müfəssəl məlumat yayacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!