12 İyul, 2014
İran dünyaya neft yardımı edə bilər

İraqda baş verən hadisələrlə əlaqədar olaraq İran dünyada yaranan neft böhranını aradan qaldırmağa hazırdır.

Simsar.az xəbər verir ki, bu barədə İranın neft sahəsi nazirinin müavini Əli Məcidi açıqlama verib.

O, İŞİD-in fəaliyyətini genişləndirməsi nəticəsində dünyada yaranacaq neft boşluğunun qarşısını qısa müddətdə ala biləcəklərini söyləyib.

Məcidi, qeyd edib ki, İran 6 ay müddətində neft hasilatını gündəlik 4 milyon tona çatdıra bilər.

Onun sözlərinə görə, İran bölgədə dünyanın enerji ehtiyaclarını təmin edə biləcək ən etibarlı dövlətdir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!