12 İyul, 2014
İtaliyalı ulduz “Qalatasaray”ın hədəfində

“Cim-Bom” Sebastyan Ciovinkoya elçi düşüb

Simsar.az xəbər verir ki, Çezare Prandellinin komandaya gəlişindən sonra Daniel Osvaldo və Mario Balotelli kimi futbolçularla adı hallanan İstanbul təmsilçisinin indi də Ciovinko ilə maraqlandığı qeyd olunur. “Corierro Dello Sport” və “TuttoJuve”nin yaydığı məlumata görə, 27 yaşlı hücumçunun “Qalatasaray”a keçmək ehtimalı böyükdür. İndiyədək legioner həyatı yaşamayan Ciovinkonun transferi alınsa, “sarı-qırmızılı” komanda onun karyerasında ilk xarici klub olacaq.

“Parma”dakı çıxışı ilə şöhrət qazanan futbolçu Antonio Kontenin rəhbərliyi altında komandada yer tapa bilmirdi.

Qeyd edək ki, “Yuventus” forması ilə 48 oyuna çıxan Sebastian Ciovinko 9 dəfə fərqlənməyə fürsət tapıb.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!