12 İyul, 2014
Obama nəfsinin qurbanı oldu

ABŞ prezidenti manqal yeməkləri ilə məşhur olan restoranda sifariş üçün növbə gözləyənləri görməzdən gəlib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, o növbəni pozaraq, “Salam, millət, eşitmişəm ki, bu restoranın yeməkləri çox dadlıdır. Elədir mi?” deyib. Daha sonra qarşısında dayanan iki nəfəri qabaqlayaraq kassaya doğru gedib. “Bilirəm hər kəs sıradadır. Ancaq sıranı pozmaq məcburiyyətindəyəm”. 300 dollar verərək kassada iki nəfərin də hesabını özü ödəyib.

Restoran sahibi Aaron Franklin “Restoranımda indiyədək heç kəs növbəni pozmayıb. Ancaq Prezident üçün bir xüsusilik edə bilərik” desə də növbədə dayananlar bununla razılaşmayıb. Bu narazılıq “Twitter” də də özünü göstərib. Sosial şəbəkədə, “Yolda bizi qabaqlayın, amma manqal sırasında olmaz”, “Xeyr, cənab Obama, zəhmət olmasa növbənizi gözləyin”, “Prezident Obama, siz də hamı kimi 3 saat gözləməlisiniz” kimi tvitlər atılıb.

Hesabları ödənən Kolin Yakob və Ceyn Litvin isə ölkənin ən çox çalışan insanı olaraq Obamanın onları qabaqlamasından heç də narazı olmayıblar. “Təqribən 3 saat sonra kassaya gəlib çatmışdıq. Bir anda Obama gəldi. O insanlarla münasibəti necə qurmağı bilən bir insandır”

Qeyd edək ki, cəmiyyətdə aparılan araşdırmalar göstərir ki, ilk dəfə bir Amerika prezidenti özü haqqında bu qədər mənfi fikir yaradır. Buna baxmayaraq, Ağ Evdə PR kampaniyaları davam etməkdədir. Belə ki, ötən gün həmin restorana gedən Barak Obama oradakı müştərilərlə söhbət edib, restoran sahibi ilə şəkil çəkdirərək vəziyyəti xeyrinə dəyişməyə çalışıb.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!