12 İyul, 2014
Tatlısəsdən sərt İsrail tənqidi – Foto

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs İsrailin Qəzzaya  hücumlarını tənqid edib.

Simsar.az xəbər verir ki, Tatlısəs öz tvitter hesabında müharibəni sərt şəkildə tənqid edib: “İsraildə çox sevildiyimi bilirəm. Amma buna sevinmirəm. Çünki İsrail xalqının bununla əlaqəsi yoxdur və onların sevindiklərinə əsla inanmıram!”

Məşhur müğənni günahsız insanların öldürüldüyünü, bunun da səbəbkarının İsrail hökuməti olduğunu bildirərək qeyd edib: “3 və ya 4 konsert verdim. İsrail xalqını az da olsa tanıyıram. Döyüşü yox, əyləncəni sevirlər. Onlar Rusiya yolu gedirlər”.

Qeyd edək ki, bu dəqiqələrdə Feysbuk sosial şəbəkəsində İbrahim Tatlısəsin ölümüylə bağlı xəbər linkləri paylaşılıb. Az sonra məlum olub ki, bu, sadəcə, "İbrahim Tatlısəs virusu"dur. Xəbər cəlbedici olduğundan minlərlə istifadəçinin hesabı bu virusa yoluxub. Ekspertlər bunu İbrahim Tatlısəsin İsraili tənqidinə cavab olaraq hakerlər tərəfindən hazırlandığını bildirirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!