Şuşa Dövlət Musiqili Dram Teatrı cari teatr mövsümünü Əli Əmirlinin “Varlı qadın” tamaşasının premyerası ilə yekunlaşdırıb.
Simsar.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan bu səhnə əsəri Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində təqdim olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.
Bu səhnə əsərində əsas rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev, Nazir Rüstəmov, Mobil Qurbanov, Etibar Cəfərov, Məmməd Məmmədov və başqaları ifa ediblər.
Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Əli Əmirlinin 1999–cu ildə qələmə aldığı “Varlı qadın” komediyası elə həmin ildən başlayaraq respublikamızın bir çox teatrlarında, həmçinin Tacikistanın iki teatrında rus və tacik, Qırğızıstanın Bişkek şəhər teatrında rus və qırğız, Qazaxıstanın iki teatrında rus və qazax dillərində, Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki Kumık Dövlət Musiqili Dram Teatrında kumık dilində tamaşaya qoyulub.
Günel