11 İyul, 2014
Bakıdan keçən 3 ton heroin

Gürcüstan daxili işlər nazirliyi Azərbaycandan gələrək Türkiyəyə doğru istiqamət götürmüş yük maşınında 2,79 ton maye heroin aşkarlayıb.

Simsar.az-ın məlumatına görə, əməliyyat zamanı iki Gürcüstan vətəndaşı həbs edilib.

Bu, Gürcüstan ərazisində tutulmuş ən iri narkotika partiyasıdır.

Yük maşınından 93 ədəd 30 kiloqramlıq heroin çəlləyi düşürülüb.

Əldə edilən məhsulun 80%-i təmiz heroindir.

Malın bazar qiyməti yüz milyon dollarlarla ölçülür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!