11 İyul, 2014
Ərdoğan BMT-dən tələb etdi

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Pan Gi Muna zəng edərək beynəlxalq ictimaiyyətə İsrailin Qəzza zolağına təşkil etdiyi hücumların dayandırılmasından ötrü təcili hərəkətə keçməsi üçün çağırış edib.

Simsar.az-ın məlumatına görə, 15 dəqiqə sürən telefon danışığında Ərdoğan İsrailin hücumların dayandırılmasını tələb edərək bildirib ki, tərəflər arasındakı 2012-ci ildə imzalanmış sülh müqaviləsinə riayət olunmalıdır.

İsrailin Fələstinə qarşı həyata keçirdiyi hərbi əməliyyatları qınadığını bildirən Türkiyə baş naziri yəhudi dövlətinin təhlükəsizliyinin ədalətli və əhatəli bir sülhlə təmin oluna biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, son günlər İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 100-dən çox günahsız fələstinli ölüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!