11 İyul, 2014
Dənizdə bir nəfər öldü

Xəzər dənizində daha bir şəxs bataraq dünyasını dəyişib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən 2500 metr aralıda, nəzarət olunmayan ərazidə bir nəfər batıb.

Batan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!