11 İyul, 2014
Abid Şərifov Türkiyədə Güllə görüşdü

Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası keçirilib.

Bu gün Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Simsar.az anspress-ə istinadən xəbər verir ki, prezident Abdullah Gül Türkiyə-Azərbaycan münasibətlərindəki doğmalığı, qardaşlıq əlaqələrinin inkişafını xalqlarımız üçün qürur mənbəyi kimi səciyyələndirib.

Səmimi qonaqpərvərliyə və qardaşlıq münasibətlərinə görə Türkiyə Prezidentinə təşəkkür edən Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırıb.

Prezident Abdullah Gül onun da salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib, ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağlılığın sarsılmaz olduğunu söyləyib.

Türkiyə Prezidenti Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının nəticələri ilə maraqlanıb.

Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər və imzalanmış protokol barədə məlumat verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!