11 İyul, 2014
“Axınla aşağı”nın dünya premyerası keçirildi

Çex Respublikasının Karlovı Varı şəhərində keçirilən Beynəlxalq film festivalında Azərbaycanda istehsal edilmiş “Axınla aşağı” filminin dünya premyerası keçirildi.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından Simsar.az-a bildirilib ki, filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu rejissor Asif Rüstəmov, operator Ayxan Salar, bəstəkar Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, baş prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov canlandırıblar.

“Axınla aşağı” psixoloji ailə dramıdır. Əsas hadisələr Mingəçevir Olimpiya İdman Mərkəzində cərəyan edir. İdman məşqçisinin ailəsində baş vermiş faciə nəticəsində filmin qəhrəmanı onu əhatə edən insanlara, ümumiyyətlə, həyata yeni nəzərlə baxmağa başlayır

Film tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!