11 İyul, 2014
"Valletta" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Valletta" - "Qarabağ" matçının hakimləri açıqlanıb.

Simsar.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq qarşılaşmanı isveçrəli referi Adrian Jakottet idarə edəcək.

Ona həmyerliləri Yohannes Fogel, Stefan de Almeyd və  Sandro Şarer kömək edəcək

Qeyd edək ki, görüş iyulun 15-də Ta Qali şəhərinin stadionunda baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!