11 İyul, 2014
ABŞ çətin vəziyyətə düşüb

Ağ Ev Amerikanın xüsusi xidmət orqanları rezidentinin Almaniyadan çıxarılmasını şərh etməkdən boyun qaçırıb. ABŞ-ın Berlindəki səfirliyi də xüsusi xidmət orqanlarına aid məsələləri prinsipial olaraq şərh etmədiyini bəyan etməklə kifayətlənib.

Eyni zamanda səfirlikdən bildiriblər ki, ABŞ Almaniya ilə tərəfdaşlığı əvvəlki kimi yüksək dəyərləndirir, çünki “həm almanların, həm də amerikalıların təhlükəsizliyini təmin edir”. Bəyanatda vurğulanır: “Almaniyanın dövlət tərəfdaşları ilə bütün sahələrdə sıx əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir”.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!