11 İyul, 2014
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu

Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Simsar.az xəbər verir ki, araşdırmalar zamanı Beyləqan rayonunun Şərq qəsəbəsi, Allahyarlı, Bolsulu və Eyvazalılar kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən qulluq səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılmış 14 min 278 manat pul vəsaitinin mənimsənilməsində və israf olunmasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!