11 İyul, 2014
Ordumuzun yeni raketləri - VİDEO

Azərbaycan ordusunun sərəncamında Belarus istehsalı olan zenit kompleksi var.

Simsar.az-ın məlumatına görə, bunu Belarusun “Tetraedr” şirkətinin nümayəndəsi İqor Novik deyib.

Minskdə keçirilən MİLEX-2014 müdafiə sərgisində Novik verdiyi açıqlamada bildirib ki, Azərbaycan Belarus şirkətindən 2 batereya T-38 Stilet kompleksini alıb:

"Bu silahlar artıq Azərbaycan ordusu tərəfindən istifadə edilir. Azərbaycandan daha 12 batereya zenit raket kompleksinin sifarişini almışıq. Başqa ölkələrdən də sifarişlərimiz var".

İqor Novik Ukraynada yaranmış vəziyyətlə əlaqədar “Luç” şirkəti ilə əməkdaşlığı dayandırmağa məcbur olduğunu deyib. Lakin bu şirkətin işlərinə ciddi təsir göstərməyəcək. Belə ki, onlar başqa bir şirkətlə bu sahədə əməkdaşlığa başladığını bildiriblər.

Qeyd edək ki, “Tetraedr” şirkəti istehsal etdiyi zenit raket komplekslərinin idarə olunması sahəsində Ukraynanın Konstruktor Bürosu ilə əməkdaşlıq edib.

Azərbaycanın istifadə etdiyi bu zenit raket kompleksi 20 km radiusdakı hədəflərə dəqiq zərbə endirmək qabiliyyətinə malikdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!