10 İyul, 2014
2000-ci ildən bəri 1407 uşaq öldürülüb...

İsrail ordusunun Qəzzaya qarşı hava hücumları zamanı iki gün ərzində ölən uşaqların sayı ən azı 9 nəfərdir.

Simsar.az xəbər verir ki, bu iki gün ərzində baş verən hücumlar zamanı 43-ə yaxın insan öldürülüb, 370 nəfər ağır yaralanıb. Həyatını itirən qadınların sayı isə 15 nəfərdən artıqdır. Qəzzaya edilən son 4 hücumun hamısında qadınlar və uşaqlar öldürülüb.

Beynəlxalq uşaqların müdafiəsi hərəkatının məlumatlarına görə, 2000-ci ildən "Qoruyucu uçurum" əməliyyatına qədər ölən fələstinli uşaqların sayı 1407-nəfəri keçib. 2009-cu ildə isə “Tökmə güllə” əməliyyatında 315 uşağın həyatına son qoyulub.

Qəzzada İsrail ordusunun böyük hücumlarından başqa, “təsadüf” nəticəsində  açılan güllə və raket hücumlarından da ölən yüzlərlə uşaq var.

2012-ci ildəki “Müdafiə sütunu” əməliyyatında 18-i 0-8 yaşlarında olan 43 uşaq öldürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!