10 İyul, 2014
Van Qal: “İki futbolçu ilk penaltini vurmaq istəmədi"

Hollandiya millisinin baş məşqçisi Lui van Qal DÇ-2014-ün yarımfinalında Argentinaya uduzduqları oyunla bağlı (0:0, penaltilər seriyasında 2:4) maraqlı açıqlama verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis penaltilər seriyası zamanı ilk zərbəni vurmaq üçün müraciət etdiyi iki futbolçudan mənfi cavab aldığını deyib.

“Onların imtina qərarından sonra mən Vlaara üz tutdum. Hesab etdim ki, oyunun ən yaxşılarından biri kimi onda özünəinam hissi güclü olar. Heyf ki, o, qol vura bilmədi. Bu, bir daha göstərdi ki, penaltilər seriyasında zərbələri dəqiq yerinə yetirmək nə dərəcədə çətindir” – deyə van Qal bildirib.

Van Qal onu da deyib ki, penaltilərdə uduzmaq çox acınacaqlıdır: "1:7 hesabı ilə uduzmaq penaltilər seriyasında uduzmaqdan yaxşıdır".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!