10 İyul, 2014
“Qarabağ” Çempionlar Liqasında bu heyətlə oynayacaq

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" iştirak ərizəsini UEFA-ya göndərib.  Simsar.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində iştirak üçün 25 futbolçu sifariş edib.

“Qarabağ”ın yeni transferləri Tərlan Quliyev, Cavid Tağıyev və Danilo Dias da heyətə daxil edilib. Bu 25 futbolçu II təsnifat mərhələsinin “Valletta” (Malta) ilə oyunlarında komandasına kömək edəcək.

Qapıçılar: İbrahim Şehiç, Fərhad Vəliyev, Ağaseyid Qasımov;

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Tərlan Quliyev, Bilal Abbaszadə,  Admir Teli, Ansi Aqolli, Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Yusifov, Hacı Əhmədov,  Danilo Dias, İlqar Qurbanov, Muarrem Muarrem, Riçard Almeyda, Toğrul Bilallı, Leroy Corc, Çumbinyo, Cavid Tağıyev;

Hücumçular: Reynaldo, Vüqar Nadirov, Tural İsgəndərov, Tural Rzayev.

Qeyd edək ki, “Qarabağ” “Valletta” ilə iyulun 15-də səfərdə, 22-də evdə oynayacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!