10 İyul, 2014
Dünya Çempionatının finalı bu topla oynanılacaq – FOTO

“Adidas” Mundialın finalı üçün hazırladığı topu təqdim edib

Simsar.az xəbər verir ki, final üçün hazırlanmış “Brazuka” digərlərindən qızılı rəngli bəzəkləri ilə fərqlənir. Həmçinin, finalın oynanılacağı şəhər, stadion və həlledici matçda qarşılaşacaq komandaların adları da topun üzərində həkk olunub.

Xatırladaq ki, Almaniya və Argentina milliləri arasında keçiriləcək final matçı 13 iyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!