28 Mart, 2011
Müğənnimizə 65 min manatlıq hədiyyə

Müğənni Ayana ad günü ərəfəsində 65 min manatlıq “Land Cruiser 2011” markalı avtomobil hədiyyə ediblər

Simsar.az-ın məlumatına görə, aprelin 12-də müğənninin 22 yaşı tamam olacaq. 
Maşını Ayana sevdiyi şəxs hədiyyə edib. Ayan məlumatı Lent.az-a təsdiqləyib. Sənətçi bu günlərdə “Yurmala” mahnı müsahibəsində iştirak üçün dəvət aldığını da deyib: “Daha əvvəl o müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət etmişdim. Aprelin 6-7 də müsabiqədən dəvət aldım. Gözləmədiyim və bir qədər gec vaxtda cavab aldım. Planlaşdırmışdım ki, orada “Nigaranam” mahnısı ilə çıxış edəm. Məşqlər üçün vaxt azlığı olduğundan bu il müsabiqədə iştirakdan imtina etdim. Gələn il yarışa qatılmağı planlaşdırıram”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!