28 Mart, 2011
“PARK BULVAR”DA TERROR OLA BİLƏR?

“Amerika vətəndaşları olan iş adamlarına konkret olaraq “Park Bulvar”a getmək yasaqlanmayıb”

Xarici səfirliklərin Azərbaycanda baş verə biləcək terror təhlükəsi xəbərdarlığı barədə daha bir məlumat yayılıb. Bu dəfə terrora məruz qala bilən məkanın adı da çəkilib. 

“Yeni Müsavat”qəzetinin yaydığı məlumata görə, ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycanda işləyən vətandaşlarına “Park Bulvara”a getməyi yasaqlayıb.

Mənbə qəzetə deyib: “Biz şirkət hesabına nahar yeməyini “ParkBulvar”da edirdik, ancaq bu günlərdə bizi çağırıb dedilər ki, orada terror aktı ola biləcəyi xəbəri var. Bundan sonra ora getməyə ara verək. Artıq 3 gündür nə özümüz, nə də yaxınlarımız “ParkBulvar”a gedirik”.

Məlumatı daha da ətraflı öyrənmək üçün ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquluyevin verdiyi məlumata görə, Amerika vətəndaşlarının “Park Bulvar”a getməyi konkret olaraq yasaqlanmayıb: “Səfirlik terror təhlükəsi ilə bağlı ümumilikdə məlumat verib. Hələ də təhlükə mövcüddür. Hər hansı terror aktı gözlənilə bilər. Ancaq Amerika vətəndaşları olan iş adamlarına konkret olaraq “Park Bulvar”a getmək yasaqlanmayıb”.

Vasif Vəlizadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!