8 İyul, 2014
Ukraynadan açıqlama

Ukrayna höküməti Luqansk və Donetsk aeroportunun Ukrayna silahlı qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.

Simsar.az-ın məlumatına görə, bu haqda Ukrayna Müdafiə Nazirinin müavini Pyotr Mexed bildirib.

O qeyd edib ki, silahlı qüvvələr aeroportların ərazisində təhlükəsizliyi təmin etməyə və sakinlərin rahat gedib-gəlməsinə nəzarət edirlər. Pyotr Mexed Ukrayna hərbçilərini "qəhrəman" adlandırıb.

"Döyüş əhval-ruhiyyəsi orada yaxşıdır, hərbçilər sonuna kimi qarşıya qoyulan tapşırığı yerinə yetirməyə kökləniblər. Rəhbərlik bacardığı hər şeyi edəcək ki, hərbçilərimiz məsələni tam yerinə yetirmək üçün etibarlı müdafiəyə malik olsunlar", - deyə Mexed bıldirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!