8 İyul, 2014
"İŞİD"in gürcü lideri islamı necə qəbul edib?

"İŞİD" terorçu qruplaşmasının liderlərindən biri olan Umar Şişaninin atası oğlunun işi tapa bilmədiyindən İslamı qəbul etdiyini bildirib.

Simsar.az-ın məlumatına görə, Timur Batiraşvili hazırda Suriyanın şimalında qruplaşmanın döyüşçülərinə rəhbərlik edən oğlu ilə əlaqə saxlamır. Şişaninin rəhbərliyi altında əsasən Türkiyədən və keçmiş SSRİ-dən gəlmələr vuruşurlar.

Timur Batiraşvili oğlunun xaçpərəst kimi tərbiyə edildiyini, ancaq altı il əvvəl gürcü ordusunda qulluq etdikdən sonra onun radikal musəlmanlara qoşulduğunu qeyd edib. Onun sözlərinə görə, oğlu sağlamlığı ilə bağlı orduda xidməti yarımçıq tərk edib və o, heç bir yerdə iş tapa bilməyib.

Ailə Çeçenistan Respublikası ilə sərhəd olan Gürcüstanın kasıb rayonunda yaşayıb. Batiraşvilinin sözlərinə görə, bu rayonda yaşamış islam vaizləri onun oğulunun "beynini yeyib".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!