8 İyul, 2014
Azarkeşlər Almaniyanı finalda görür

Futbol üzrə Dünya Çempionatının yarımfinal mərhələsində keçiriləcək Braziliya - Almaniya oyunu barədə proqnozlar sosial şəbəkələrdə geniş müzakirə edilir.

Simsar.az-ın məlumatına görə, Almaniyanın SAP şirkəti bu oyunla bağlı sosial şəbəkələrdə araşdırmalar aparıb.

Araşdırmaların nəticələrinə görə, azarkeşlərin əksəriyyəti Almaniyanın qələbəsini proqnozlaşdırır. Almaniyanın qələbəsini 64,5 və məğlubiyyəti isə arzulayanlar 35,5-dir.

Azarkeşlərin 51 faizi Almaniyanı finalda görür. 49 faizi isə meydan sahiblərini Marakana stadionunda keçiriləcək oyunda oynayacağını düşünür.

Azarkeşlər arasında ən çox müzakirə olunan futbolçu isə cəzalı duruma düşən Braziliyanın kapitanı Tiaqo Silva olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!