8 İyul, 2014
FİFA-dan açıqlama

Braziliyada futbol üzrə Dünya Çempionatının iştirakçılarından turnirdən əvvəl və turnir zamanı mindən çox dopinq-nümunə götürülüb və bu nümunələrdən heç biri müsbət nəticə verməyib.

Simsar.az-ın məlumatına görə, martın 1-dən iyunun 11-dək olan dövrdə 777 nümunə, iyunun 12-də başlanmış Dünya Çempionatı zamanı isə daha 232 nümunə götürülüb.

FİFA-nın Tibb departamentinin rəhbəri İrji Dvorjak deyib: “Biz nə yarışlardan əvvəl, nə də yarışlar zamanı qadağan olunmuş hər hansı maddə tapmadıq”.

736 futbolçudan qan və sidik analizi götürülüb. Bütün təhlillər İsveçrədə Ümumdünya Antidopinq Agentliyinin laboratoriyasında aparılıb.

Braziliyada keçirilən Dünya Çempionatı futbolçuların bioloji pasportlarından istifadə olunduğu ilk çempionatdır. Məlumat bazasına 1324 oyunçu barədə informasiya daxil edilib


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!