8 İyul, 2014
Evra “Yuve”yə keçir

“Mançester Yunayted”in veteran ulduzu karyerasını İtaliya “A Seriyası”nda davam etdirə bilər

Simsar.az “Tuttosport”a istinadən xəbər verir ki, fransalı müdafiəçini heyətinə cəlb etmək istəyən “Qoca Sinyora” fəaliyyətə başlayıb. Evranın transferinə görə 3,5 milyon avrosundan keçməyə hazır olan “Yuventus” klubunun yaxın günlərdə “Qırmızı şeytanlar”a rəsmi təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2006-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyur. O, oynadığı 273 qarşılaşmada 7 dəfə fərqlənməyə imkan tapıb.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!