8 İyul, 2014
Təranə Qumral : "...silikon yoxdur" - FOTOLAR

Simsar.Az xəbər ver ki, sosial şəbəkələrdə populyar müğənni Təranə Qumralın plastik əməliyyat keçirməsi ilə bağlı xəbərlər yayılıb.  Iddialara görə sənətçi dodaqlarına silikon etdirib.

Əməkdaşımızın telefon zənginə cavab verən Təranə yayılan məlumatları kökündən yalanladı: "Dodaqlarımda bir qram da olsun silikon yoxdur.

Bilmirəm bu şayiəni kim və nə məqsədlə yayır. Hətta İnstagramda məni izləyən insanlar da tez-tez bu sualı mənə ünvanlayırlar.

Üzümü sevənlərimə tutub deyirəm, hələ ki, heç bir plastik əməliyyat etdirməmişəm.

Təbii gözəlliyim insanlara əməliyyat etdirmişəm kimi görünürsə, bu mənim günahım deyil. Bu Allah-Təalanın bir lütfüdür".

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!