8 İyul, 2014
Kuyt: "Kuboku Hollandiyaya aparacağıq"

Hollandiya millisinin yarımmüdafiəçisi Dirk Kuyt "DÇ-2014"ün yarımfinalında qarşılaşacaqları Argentina ilə oyunöncəsi iddialı açıqlamalar verib.

Simsar.az-ın məlumatına görə, "telegraph.co.uk"a danışan Kuyt dünya kubokunu ölkələrinə aparacaqlarına inandığını bildirib:

"Ən yaxşı 4 komanda arasında olmağımız əla nəticədir. Yarımfinalda Argentina kimi komandaya qarşı oynamaq istəyirəm və bu görüşdə yüksək səviyyəli oyun nümayiş etdirəcəyimizə inanıram. Özümüzü digər yarımfinalçılarla müqayisə etmək və onlara qalib gəlmək istəyirik. Mundialın yaxşı təşkil olunduğunu düşünürəm. Bəli, bizimlə oyunda Argentinanı 40 min azarkeş dəstəkləyəcək. Azarkeşlərimiz rəqiblə müqayisədə daha az olacaq. Daha öncə Meksika və Çili ilə oyunlarda da belə olmuşdu. Ancaq bu bizə əlavə güc verir. Argentinanı məğlub edəcəyimizə və dünya kubokunu ölkəmizə aparacağımıza inanıram".

Qeyd edək ki, Hollandiya - Argentina oyunu sabah gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!