8 İyul, 2014
Prandelli “Qalatasaray”da nə qədər qazanacaq? – DETALLAR

Klub italiyalı futbol mütəxəssisi ilə rəsmi razılığa gəldikdən sonra müqavilə şərtləri müzakirə mövzusu olub

Simsar.az xəbər verir ki, İstanbul təmsilçisi ilə 2 il müddətinə müqaviləyə qol çəkən Çezare Prandelli ilinə 2,295 milyon avro qazanacaq. Bundan əlavə, komandası Super Liqada  qalib olduğu təqdirdə 1 milyon dollar mükafat əldə edəcək.

Prandellinin digər mükafatlarının da məbləği açıqlanıb:

 

- Türkiyə Kubokunu qazanacağı təqdirdə: 500 min dollar;

- UEFA Çempionlar Liqasında:

1/4 final üçün: 250 min dollar;

1/2 final üçün: 500 min dollar;

Final üçün: 1 milyon dollar;

Qalib gəldiyi təqdirdə: 2 milyon dollar;

- Avropa Liqasında:

Final üçün: 600 min dollar;

Qalib gəldiyi təqdirdə: 1 milyon 200 min dollar;

- UEFA Super Kubokunu əldə etdiyi təqdirdə: 500 min dollar;

- FİFA Klublararası Dünya Kubokuna yiyələndiyi halda: 300 min dollar.

 

Qeyd edək ki, Prandelli artıq “Qalatasaray” klubunun futbolçu və məşqçi heyəti ilə tanış olub.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!