8 İyul, 2014
Azərbaycanda dəhşətli qəza: 4 ölü, 1 yaralı

Bu gün saat 17:00-da Şəkinin Layski kəndində dəhşətli yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə kəndin girəcəyində qeydə alınıb.

Belə ki, iki “Jiquli” toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Dünyasını dəyişən 1983-cü il təvəllüdlü Xəyal Abdulrahmanov, 1983-cü il təvəllüdlü Sadiq Abdullayev, 1984-cü il təvəllüdlü Ruslan Yusifov və 1989-cu il təvəllüdlü Səxavət Məhəmmədhəsənovdur.

Qəza zamanı ağır yaralanan 1967-ci il təvəllüdlü Toğrul Bayramov xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisə avtomobillərin yüksək sürətlə hərəkət etməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!