28 Mart, 2011
ŞƏMKİR KORPUSUNDA NÖVBƏTİ FACİƏ

Yanğın zamanı 6 əsgər yaralandı

Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin hərbi hissələrindən birində güclü yanğın olub.

Hadisə martın 23-də Şəmkir Hərbi Birləşməsin Gədəbəy rayonunda yerləşən hərbi hissəsində qeydə alınıb. Hadisə Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verdiyindən bu barədə xəbər gec yayılıb.

Məlumatda bildirilir ki, əsgərlər generatoru işə salmaq istəyərkən yanğın baş verib, nəticədə sığınacaq, odlu silah və döyüş sursatı yanıb. Yanğın zamanı, həmçinin, 6 əsgər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı əsgərlər hospitala yerləşdiriliblər, vəziyyətləri stabildir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!