7 İyul, 2014
Merkeldən ruslara dəstək

Almaniya hakimiyyəti yaxın 7 il ərzində şist qazı yataqlarını istismar etməkdən imtinanı planlaşdırır.

Simsar.az-ın məlumatına görə, bu qərarı təbiəti mühafizə təşkilatları, alman pivəçiləri və fermerlər tələb edir. Onların fikrincə, layların hidravlik partladılması nəticəsində əldə edilən bu qazın hasilatı zamanı təbii sular çirklənəcək.

Qərarı açıqlayan Almaniya ətraf mühiti mühafizə naziri Barbara Hendriks bildirib: “İçməli suların və sağlamlığın mühafizəsi bizdən ötrü daha dəyərlidir”.

Məsələyə yalnız 2021-ci ildə qayıtmaq mümkün olacaq.

Almaniyanın şist qazı yataqları ehtiyatı 2,3 trln kubmetr qiymətləndirilir. Bu, ölkəni 10 il tam təmin etməyə imkan verir. Ölkənin bu qərarı Rusiyanın “Şimal axını” layihəsinə istər-istəməz dəstək verir və Avropanın qaz bazarında Moskvanın inhisarçı mövqeyini gücləndirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!