7 İyul, 2014
Qarabağ münaqişəsi Moskvada müzakirə edilib

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Pyer Andryö ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

Simsar.az-ın məlumatına görə, Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələləri və gələcəkdə həmsədr ölkələr arasında fəaliyyətin əlaqələndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, P.Andryö bu postda missiyası yayın əvvəlində başa çatan Jak Foru əvəz edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!