7 İyul, 2014
“Opel” mikroavtobusla toqquşdu - Yaralılar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 99-cu kilometrliyində vətəndaşlara məxsus “Opel” markalı minik avtomobili ilə “Volkswagen” markalı mikroavtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Simsar.az-ın xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdə sürücülər sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə sürücülər avtomibillərdən çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!