7 İyul, 2014
TQDK-dan bakalavrlara - Xəbərdarlıq

Magistraturaya qeydiyyatdan keçməyənlər qəbul siyahısından xaric ediləcəklər.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyulun 10-da başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Simsar.az-a verilən məlumata görə, buna baxmayaraq, magistratura səviyyəsinə qəbul olan bakalavrların bir qismi qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməyiblər.  Komissiya bu səbəbdən bakalavrlara xəbərdarlıq edib.  “Bir daha həmin bakalavrların nəzərinə çatdırırıq ki, onlar iyulun 10-dək tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər”.

Qeyd edək ki, mağistraturaya qəbul olan bakalavrların qeydiyyatına iyun ayının 25-dən start verilib.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!