7 İyul, 2014
Cəzası təsdiqlənən türk klublarını kimlər əvəzləyəcək?

Türkiyənin bir il müddətinə Avropa Liqasından kənarlaşdırılan iki klubu - "Sivasspor" və "Eskişehirspor" klublarını turnirdə hansı komandaların əvəzləyəcəyi müəyyənləşib.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, bu "Bursaspor" və "Karabükspor" klubları olacaq.

"Karabükspor" ötən mövsümü 7-ci, "Bursaspor" isə 8-ci pillədə başa vurub.

Qeyd edək ki, "Sivasspor" və "Eskişehirspor"un adı danışılmış oyunlarda hallandığı üçün UEFA hər iki klubu bir illiyinə avrokuboklardan kənarlaşdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!