7 İyul, 2014
İstanbul Modern Folk Topluluğu Qovlarda - FOTOLAR

İstanbul  Modern  Folk Topluluğu Qovlar şəhərində konsert proqramı ilə çıxış edib. Proqramda çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva Qovlar şəhərində konsert proqramı ilə çıxış etdiklərinə görə Topluluğa təşəkkürünü bildirib. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan Azərbaycan və Türkiyə arasında əlaqələrin getdikcə genişlənməsinin sevindirici olduğunu vurğulayıblar. Həm Türk sənət musiqisi nümunələrini, həm də Azərbaycanın böyük bəstəkarlarının əsərlərini ifa edən İstanbul Modern Folk Topluluğunun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Türkiyəli sənətçilər  tamaşaçılarla  birlikdə sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyova məxsus "Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına..." mahnısını ifa ediblər.

Qonaqlar ön cəbhə rayonu olan Tovuzda təkrar konsert verməkdən böyük məmnuniyyət duyacaqlarını deyiblər və dəvəti böyük məmnuniyyətlə qəbul etdiklərini deyiblər.

Sonda Türkiyəli sənətçilərə Azərbaycan mədəniyyəti və incəsənətini özündə əks etdirən hədiyyələr təqdim olunub.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!