7 İyul, 2014
General: “Terrorçuların mərkəzi ABŞ-dır”

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş qərargah rəisinin köməkçisi general Məsud Cezairi bölgədə baş verən hadisələrdə ABŞ-ı qınayıb.

Simsar.az xəbər verir ki, İraqda hökumət və iraqlılara qarşı təkfirçi-BƏƏS üzvlərinin apardığı hərbi əməliyyatlara toxunan general əmrin ABŞ tərəfindən verildiyini bildirib.

Cezairi terroristlərin bölgədə ABŞ-ın planlarını gerçəkləşdirdiyini deyərək, bölgədə yeni cəbhə açılmağına icazə verilməyəcəyini bildirib: ”Biz düşmənə qırmızı xətti keçməyə icazə verməyəcəyik. Heç kimə sirr deyil ki, terrorçuların havadarı sionist ABŞ qüvvələridir. Onların məqsədi Fələstini unutdurmaq və özlərinin məkrli siyasətlərini burada tətbiq etməkdir”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!