7 İyul, 2014
İspaniyada qalmaqal: CƏSƏDLƏR SATILIR - VİDEO

İspanyada dəfn xərcləri 5 min avroya çatınca imkansız ailələr ölülərini xəstəxana və tibb fakultələri önünə atmağa başlayıblar. Bu vəziyyət eyni zamanda özü də digər bir qalmaqala yol açıb. Belə ki, ölülərini nəyinki dəfn edilmədiyi, hətta onların sınaqlarda, araşdırmalarda istifadə edilməsi üçün satıldığı da məlum olub.

Simsar.az-ın məlumatına görə qorxunc hadisə Madrid Complutense Universiteti Tibb Fakultesi morqunda 250 cəsədin parçalanmış halda tapılması ilə açığa çıxıb. Cəsədlər üzərində sınaq aparıldıqdan sonra parçalanmış vəziyətdə anbarlara atılıb. Universitetin sahibsiz və ya bağışlanan bu cəsədləri özəl firmalara sınaq üçün 750 avroya satdığı da üzə çıxıb.

Bəzi həkimlərin isə bu cəsədləri özəl klinikalarda tələbələrə pulla verdiyi məlum olub. İspanyada 3 min avro verən bir tibb tələbəsi fakultədən kənarda 6 cəsəd üzrində sınaq əməliyyatı keçirib. Bu görüntülərin televiziyada yayılmasından sonra fakultənin dekanı Jose Ramon istefa verib.

Hökumət artıq ekonomik krizis ucbatından ölülər üzərində ticarətin çoxalmasının qarşısını almaq üçün tədbilər görməyə başlayıb.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!