Bir məsciddə çıxış etməsi görüntüləri internetdə yayılan, yaxın günlərdə özünü xəlifə elan edən İŞİD lideri Əbubəkir el-Bağdadinin qolundakı saat dünya mediasında mübahisələrə səbəb olub.
Medyalarda gedən xəbərlərdə saatın markasının Rolex, Sekonda və ya Omega olduğu haqda müxtəlif yazılar yazılıb. Daily Mail qəzeti isə, “Terrorist lideri qərbi günahlandırır, amma özü James Bondun saatından taxır” – başlıqlı xəbər verib.
Qeyd edək ki, təxminən 6 min dollarlıq Omega Seamaster qol saatlarının adı 1995-ci ildən bəri James Bond filmləri ilə bir hallanır.
Vüsal Qarayev