Cənub təmsilçisi heyətini Siyerra-Leonedən olan futbolçu ilə gücləndirib
Simsar.az xəbər verir ki, Sloveniyada hazırlıq keçən “Xəzər Lənkəran” növbəti transferini reallaşdırıb. “Ağ-yaşıllar” Türkiyə I Dəstəsində çıxış edən “Şanlıurfaspor”dan Alfred Sankonu heyətinə cəlb edib. Hazırda rəsmi müqavilə imzalanmasa da, oyunçunun keçidini onun meneceri də təstiqləyib.
Qeyd edək ki, 25 yaşlı Alfred Sanko “Şanlıurfaspor”dan əvvəl Norveçin “Stromqodset” klubunun şərəfini qoruyub. Futbolçu burada 4 mövsüm keçirdikdən sonra 2012-ci ildə Türkiyəyə transfer olunub. Sanko “Şanlıurfaspor” forması ilə 39 matçda forma geyib və 3 dəfə rəqibi məyus edib. 3 dəfə də milli komandanın şərəfini qoruyan yarımmüdəfiəçi Siyerra-Leone forması ilə fərqlənə bilməyib.
Vüsal Məmmədzadə