28 Mart, 2011
Neft ucuzlaşıb

0,20 dollar və ya 0,2% azalaraq 1 barelə görə 105,40 dollar təşkil edib

Martın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,20 dollar və ya 0,2% azalaraq 1 barelə görə 105,40 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, martın 25-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 115,59 dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!